0
Wednesday 4 December 2013 - 09:49

Türkiyə və Aİ arasında vizasız rejim üzrə sazişin imzalanması gözlənilir

Story Code : 327218
Türkiyə və Aİ arasında vizasız rejim üzrə sazişin imzalanması gözlənilir
Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
 
Türkiyə üçüncü ölkələrin vətəndaşları üçün readmissiya haqqında sazişi bəyənəcək, eyni zamanda, "yol xəritəsi"nə uyğun olaraq, Türkiyə vətəndaşları üçün Avropa İttifaqı ilə vizasız rejim üzrə danışıqlara başlanılacaq.
 
Readmissiya haqqında saziş həyata keçirildikdən sonra Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinə razılıq verməsə, Ankara prosesi dayandıra bilər.
 
Əgər proses sazişin imzalanmasında sonra lazımi qaydada davam etsə, Türkiyə vətəndaşları 3 ildən sonra Avropaya vizasız gedə biləcəklər.
Comment