QR CodeQR Code

Analitik: ABŞ Səudiyyə Ərəbistanından və İsraildən uzaqlaşır

Islamtimes , 4 Dec 2013 12:19

Islamtimes - Amerikalı siyasi analitik Dean Henderson deyib ki, ABŞ Yaxın Şərqdəki müttəfiqlərində mühüm dəyişiklik etməyə başlayıb və artıq İsrail və Səudiyyə Ərəbistanın şiddət dolu siyasətindən uzaqlaşmağa başalyıb.


Henderson Press TV-yə müsahibəsi zamanı deyib: “Hər hansı səbəb olursa olsun belə görünür ki, ABŞ asta-asta İsraildən və Səudiyyə Ərəbistanındakı ekstermist vahabilərdən uzaqlaşır.”

Səudiyyə Ərəbistanı və ABŞ Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançı qrupları silah-sursat ilə təmin edir və təlimlər keçir, ancaq Henderson deyib ki, ABŞ artıq üsyançıları dəstəkləməkdən boyun qaçırır.

O əlavə edərək deyib: “Bu səbəbdən də Səudiyyə Ərəbistanı bir ay bundan əvvəl ABŞ-a qarşı çox qəzəblənmişdir.”

Siyasi analitik ABŞ-ın müttəfiqlərini dəyişməsinə sübut kimi ABŞ-da İsrail lobbisinin tənqidçisi olan Chuck Hagelin müdafiə naziri təyin edilməsini göstərib.

“Hagel İsrail lobbisini və Amerika İsrail Əməkdaşlıq Təşkilatını tənqid etdiyi üçün problemlə qarşılaşmışdır və indi də bizim müdafiə naziri təyin edilib.”

Əlavə olaraq Henderson deyib ki, Cenevrədə İran ilə ABŞ-da daxil olmaqla altılıq ölkələr arasında Tehranın nüvə enerji proqramı məsələsində imzalana nüvə razılaşması İsrailə qəzəbləndirib.

Henderson əlavə edərək deyib ki, Səudiyyə Ərəbistanı və İsrail heç vaxt ABŞ-ın həqiqi müttəfiqi olmamışdılar və hər ikisi də ABŞ milli maraqlarına qarşı fəaliyyət göstəriblər.


Story Code: 327270

News Link :
https://www.islamtimes.org/az/news/327270/analitik-abş-səudiyyə-ərəbistanından-və-israildən-uzaqlaşır

Islam Times
  https://www.islamtimes.org