0
Thursday 5 December 2013 - 11:16

“Sanksiyaların aradan qaldırılması ilə bağlı qanun layihəsi hazırdır”

Story Code : 327583
“Sanksiyaların aradan qaldırılması ilə bağlı qanun layihəsi hazırdır”
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, İrana qarşı beynəlxalq sanksiyaların ləğvi prosesi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bu ölkənin Cenevrə razılaşması çərçivəsində hərəkət etdiyini təsdiqləməsindən sonra başlayacaq: “Ancaq istənilən halda İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı qanun layihəsi Brüsseldə hazır vəziyyətdədir”. 

M.Mann İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin nə vaxt keçirilməsi məsələsinə aydınlıq gətirib: “Mən bu məsələ ilə bağlı bunu demək istəyirəm. Biz hələlik müzakirələrin dekabrın 9-10-da keçiriləcəyini açıqlamamışıq. Lakin bu həftə içərisində İranla “altılıq” ölkələrinin nümayəndələri arasında texniki müzakirələr keçirilməsi gözlənilir”.
Comment