0
Thursday 5 December 2013 - 23:15

“Buşəhr AES-ə “Boeing 747” təyyarəsi çırpılsa belə, heç bir zərər görməyəcək”

Story Code : 327840
“Buşəhr AES-ə “Boeing 747” təyyarəsi çırpılsa belə, heç bir zərər görməyəcək”
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
 
Onun sözlərinə görə, Buşəhr AES yüksək dəmir-beton konstuksiyalı örtüklərlə qorunduğundan asan şəkildə zərər görə bilməz: “Hətta “Boeing 747” təyyarəsi çırpılsa belə, Buşəhr AES heç bir ziyan çəkməyəcək”.

Ə.Ə.Selehi Buşəhrdə 1000 meqavatt gücü olan 4 yeni AES-in inşa edilməsi məsələsinə də toxunub: “Rusiyanın əməkdaşlığı ilə bu obyektdə 1000 meqavatt elektrik enerjisi istehsal etmək qabiliyyətinə malik ikinci stansiya inşa ediləcək”.  
 
Vitse-prezident həmçinin deyib ki, Buşəhr AES fəaliyyətə başladığı üç aylıq müddətdə 1200 meqavatt elektrik enerjisi istehsal edib.
Comment