0
Friday 6 December 2013 - 11:12

Rövnəq Abdullayev hökuməti ifşa etdi

Story Code : 327924
Rövnəq Abdullayev hökuməti ifşa etdi
Tarif Şurasının qərarı ilə yanacağın qiymətinin bahalaşdırılması cəmiyyətdə narazılıqla qarşılansa da, rəsmilər bunu müxtəlif yollarla əsaslandırmağa çalışır.
Tarif Şurası yanacağın qiymətinin qaldırılmasını əsaslandırarkən ölkə daxilində istehsal olunan və satılan neft məhsulları üzrə qanunvericiliklə müəyyən edilmiş vergilərin, şirkətdaxili tariflərdə vaqonların yüklənməyə verilməsi, onların təmizlənməsi, yüklənməsi və yüklərin yola salınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı şəhərindəki dayanacaqlarına çatdırılması xərclərinin nəzərə alındığını, neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tariflərinin daxil edildiyi və digər səbəblər göstərilirdi.
ARDNŞ sədri Rövnəq Abdullayev isə Istanbulda jurnalistlərə açıqlamasında 7 ildən sonra benzinin qiymətinin qalxmasını normal qarşıladığını və ümumiyyətlə, yüksək oktanlı benzin növlərinin qiymətinin sərbəst buraxılmasının tərəfdarı olduğunu deyib. ARDNŞ prezidentinin açıqlaması Tarif Şurasının əsaslandırılmasını da müəyyən dərəcədə təkzib edir. Belə ki, R.Abdullayev bu artımın məhsulun maya dəyərinə heç bir aidiyyəti olmadığını, yenə də sosial proqramları həyata keçirəcəklərini bildirib. “Biz neft məhsullarımızın Avropa standartarına uyğun olmasına doğru gedirik. Hazırda dizelimiz Avropa standartındadır. Benzinimizin digər növlərini də Avro standartına, böyük investisiyalarla yeni zavodlar tikərək gətirə bilərik”, - deyə ARDNŞ şirkəti bildirib.
R.Abdullayev hesab edir ki, 95 və 98 oktan benzin dünya qiymətinə olmalıdır. O həmçinin 95 oktan benzini açıq bazarda satmaqla bağlı təklif irəli sürdüyünü, ancaq təklifinin qəbul olunmadığını da deyib.
ARDNŞ prezidentinin bu açıqlaması Tarif Şurasının yanacağın qiymətinin maya dəyəri ilə bağlı olması iddiasının olduğunu ortaya çıxarır. Hər bir halda tərəflərdən birinin əsaslandırması doğru deyil.
Comment