QR CodeQR Code

ABŞ-da Rusiya diplomatlarına cinayət işi açıldı

6 Dec 2013 11:55

IslamTimes - Diplomatlardan və onların ailə üzvlərindən ibarət 49 nəfər fırıldaqçılıqda ittiham olunur.


Nyu-York Cənub Dairəsinin prokurorluğu Rusiyanın 49 keçmiş və indiki diplomatına, eləcə də onların ailə üzvlərinə qarşı ittiham irəli sürüb. Rusiya diplomatları və ailələri aztəminatlı amrikalılar üçün nəzərdə tutulan tibbi sığorta sistemindən – “Medikeyd”dən fırıldaq yolu ilə istifadə etməkdə ittiham olunurlar. Bu barədə “Amerikanın səsi” radiosunun rus xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, təhqiqat nəticəsində diplomatlar və ailə üzvləri saxta məlumatlar təqdim etməklə “Medikey”dən qanunsuz şəkildə yararlanıblar. Onlar son 9 il ərzində bu yolla özlərinə böyük məbləğdə vəsaitlə ölçülən tibbi xidmət təmin ediblər. Rusiyalı diplomatlar hamiləlik, doğuş və bu kimi hallara görə sosial müavinətlər almaq məqsədilə övladlarının ABŞ vətəndaşı olması haqda saxta sənədlər təqdim ediblər.
İttiham olunanlar arasında Rusiyanın BMT-dəki missiyasının, Nyu-Yorkdakı baş konsulluğunun və ABŞ-dakı ticarət nümayəndəliyinin əməkdaşları da var. Onlardan 11-i hazırda fəaliyyət göstərən diplomatlar və onların ailə üzvləridir. Qalanları artıq Rusiyanın ABŞ-dakı diplomatik missiyalarında işləmirlər.
Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Harf dekabrın 5-də keçirdiyi brifinqdə bəyan edib ki, baş verənlərlə bağlı ABŞ xarici siyasət rəsmiləri Vaşinqtondakı, Nyu-Yorkdakı və Moskvadakı rusiyalı həmkarlarını məlumatlandırıblar.


Story Code: 327925

News Link :
https://www.islamtimes.org/az/news/327925/abş-da-rusiya-diplomatlarına-cinayət-işi-açıldı

Islam Times
  https://www.islamtimes.org