QR CodeQR Code

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistana səfər edəcək

6 Dec 2013 12:24

IslamTimes - Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QTİƏT) sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.


APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əhməd Davudoğlu Kiyevdə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində baş tutmuş mətbuat konfransında bəyan edib.      
 
Davudoğlunun sözlərinə görə, o QTİƏT sammitinə qatılmaq qərarını baş nazir Rəcəb Tayyib Ərdoğanla məsləhətləşdikdən sonra verib.  
 
Xatırladaq ki, dekabrın 12-də Ermənistanın paytaxtı İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.


Story Code: 327926

News Link :
https://www.islamtimes.org/az/news/327926/türkiyənin-xarici-işlər-naziri-əhməd-davudoğlu-ermənistana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org