0
Friday 6 December 2013 - 23:30

Hizbullah “Sionist zorakılığını” pisləyib

Story Code : 328130
Hizbullah “Sionist zorakılığını” pisləyib
Hizbullah “Sionist zorakılığını” pisləyib
Livanın “Daily Star” qəzeti Hizbullah rəsmisinə istinad edərək deyib: “Şübhə yoxdur ki, bu şəhadət mücahidləri sionist təcavüzkarlığına qarşı daha da müqavimtəçi edəcək və öz hədəflərinə çatmaqda daha həvəsləndirəcək.”

4 Dekabr tarixində Həsən əl Laqis adlı Hizbullah müqavimət hərəkatının komandiri Livanın paytaxtı Beyrut yaxınlığında evinin yanında avtomobilini dayancağa qoyarkən açılan atəş nəticəsində həlak olub.

Bu hadisədən sonra Hizbullah komandirə qarşı sui qəsd hadisəsində Tel Əvivi günhakar bilmiş və demişdir: “Düşmən bu cinayətə görə və davamlı olaraq müqavimətin lider və kadrlarına qarşı sui qəsdlər həyata keçirmək məsuliyyətini tam mənasında çiyinlərində daşıyır.”

Bəyanatda həmçinin deyilir ki, Laqisin qətli Livanda müqavimət cəbhəsinə qarşı hədəflənən təxribatların qarşısını almaq üçün daha ciddi işlərin görülməsini gündəmə gətirir.

Livanın yüksək nüfuzlu Sünni alimi mufti Muhəmməd Rəşid Qabbani də həmçinin suiqəsdi tənqid etmiş və demişdir ki, bu cür zorakılığ halları Livanda böyük çaxnaşma salmaq üçün hədəflənib.
Source : Islamtimes
Comment