QR CodeQR Code

Suriyadakı xarici ekstremistlər Avropa Birliyi və müttəfiqlərini təhdid edirlər

Islamtimes , 6 Dec 2013 23:47

İslamtimes - Fransa və Belçika xəbərdarlıq edərək bildiriblər ki, Suriyada əl Qaidə terror şəbəkəsinə bağlı qruplara qoşulan gənc avropalıların sayının artması Avropa Birliyi və onun müttəfiqləri üçün real təhlükə çevrilib.


Fransa daxili işlər naziri Manuel Valls Belçikalı tərəf müqabili Coelle Milquet ilə birlikdə təşkil etdiyi mətbuat konfransı zamanı deyib: “Bu fenomen çox narahatedicidir.”

Onlar birgə təşkil etdikləri mətbuat konfransı zamanı deyiblər: “Təxminən 1500 və 2000 arası gənc avropalı prezident Bəşər Əsədi devirmək üçün döyüşən ekstremist üsyançılara qoşulmaq üçün Suriyaya gediblər.”

Bu ilin əvvəlində Londonun King Kollec araşdırma mərkəzi hesabat yayaraq 2011-ci ilin əvvəllərindən etibarən ən azı 600 avropalının Suriyada fəaliyyət göstərən üsyançı qruplara qoşulduğunu bildirib.
Milquet deyib: “Üsyançılara qoşulan belçikalıların sayı təxminən 100 və 150 arasıdır.”

Vallas isə deyib ki, üsyançılara qatılan fransızların sayı isə təxminən 400 nəfərdən çoxdur və halhazırda 184 nəfər Suriyadadır. Bunlardan 14 nəfəri həlak olub, 80 nəfər geri qayıdıb və 100 nəfəri isə geri qayıtmaq fikrindədir.

O deyib: “İndi isə vəziyyət dəyişib. Gedənlərin əksəriyyəti deyir ki, onlar əl Qaidəyə bağlı terror qrupları tərkibində döyüşmək istəyirlər.”

Vallis həmçinin deyib: “Halhazırda bizim üçün elə də bir təhlükəli təhdid yoxdur, ancaq bu o demək deyil ki, biz bundan narahat olmayaq və gələcəkdə bizi əhatə edəcək ciddi təhlükəyə indidən hazırlıqlı olmayaq.”

Fransa və Belçika problem üzərində birgə çalışırlar və Britaniya, Almaniya, Niderland, İtaliya, İspaniya və Danimarka ilə görüşlər keçirirək təhlükə haqqında əməkdaşlıq edilməsinin mühümlüyün çatdırıblar.


Story Code: 328135

News Link :
https://www.islamtimes.org/az/news/328135/suriyadakı-xarici-ekstremistlər-avropa-birliyi-və-müttəfiqlərini-təhdid-edirlər

Islam Times
  https://www.islamtimes.org