0
Saturday 7 December 2013 - 10:30

Davudoğlu: "Ermənistan təcridlikdən çıxmaq istəyirsə..."

Story Code : 328186
Davudoğlu: "Ermənistan təcridlikdən çıxmaq istəyirsə..."
Bunu Türkiyənin "Habertürk" kanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
 
O, son zamanlar Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan, Türkiyə-Azərbaycan-İran, Türkmənistan və Rusiya ilə münasibətlərə diqqət yetirdikdə yeganə əksik halqanın Ermənistan olduğunu deyib. "Biz belə təcrid istəmirik. Ermənistan bu təcridlikdən çıxmaq istəyirsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir".
 
Xatırladaq ki, xarici işlər naziri Əhməd Davudoğlu dekabrın 12-də Ermənistana səfər edəcək. O, İrəvanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. /anspress/
Comment