QR CodeQR Code

Sionist İsrail 12 Mossad zabitini şərəf medalı ilə təltif edib

Islamtimes , 7 Dec 2013 13:30

İslamtimes - Sionist İsrail mediası Livan müqavimət hərəkatı Hizbullahın komandiri Həsən Leqqisə qarşı olan sui qəsd haqqında xəbərləri yaymağa davam edir. Bu növ məlumatlardan biri də İsrail prezidentinin 12 Mossad zabitini şərəf medalı ilə təltif etməsi xəbəridir.


İsrail mediasının verdiyi məlumata əsasən prezident iqamətgahında təşkil edilən və baş nazir Benyamin Netanyahunun qatıldığı mərasimdə 8 kişi və 4 qadın Mossad zabiti “icraedici və texnaloji nailiyyətləri” səbəbindən şərəf medalı ilə təltif ediliblər.

Məlumatda deyilir ki, bu zabitlər müxtəlif ölkələrdə sionizmə qarşı olan qrupların qeyri ənənəvi texniki vasitələri ələ gətirməyə mane olmaq və tekniki vasitələr üzrə ekspert və alimlərə qarşı sui qəsdlər həyata keçirmək ilə vəzifələndirilmişdilər.

Çox güman ki, Hizbullah komandiri Liqqisin və bir sıra iranlı nüvə ekspertlərinin qətli də bu əməliyyatın tərkib hissəsi olub.

Mossadın sabiq rəhbəri Meir Dagan da Hizbullah müqavimət hərəkatının liderlərindən olan İmad Muğniyyənin qətlindən sonra medal ilə təltif edilmişdir.

İsrail mediası həmçinin Hizbullahın Leqqisin sui qəsdində İsrailin məsuliyyət daşıdığı haqqında xbərələri yayıb.
Soinist analitiklər Leqqisə qarşı sui qəsdi onun böyük ordu təcrübələrinə sahib olması ilə əlaqələndirirlər.


Story Code: 328243

News Link :
https://www.islamtimes.org/az/news/328243/sionist-israil-12-mossad-zabitini-şərəf-medalı-ilə-təltif-edib

Islam Times
  https://www.islamtimes.org