QR CodeQR Code

BBC: Xarici döyüşçülər Suriyaya Türkiyə vasitəsilə keçirlər

Islamtimes , 7 Dec 2013 23:28

İslamtimes - Britaniyanın dövlət xəbər agentliyi BBC-nin verdiyi məlumata əsasən əl Qaidə terror şəbəkəsinə bağlı xarici döyüşçülər Suriyaya keçmək və orada hökumət qüvvələrinə qarşı döyüşdə iştirak etmək üçün Türkiyənin cənubunda yerləşən evlərdən istifadə edirlər.


Reyhanlı sərhəd ərazisinə yaxın yerdə ev sahibi olan bir şəxsin verdiyi məlumata əsasən 20-si britaniyalı olmaqla 150 nəfərdən çox insan keçən üç ay ərzində onun evində qalmış və sonra isə Suriya ərazisinə keçmişdir.

Məlumata əsasən əl Qaidəyə bağlı xarici döyüşçülərin Suriyaya keçmək üçün istifadə etdikləri Türkiyə marşurutu artıq daha da yüksək səviyyədə təşkil edilib.

Məlumatda daha sonra Reyhanlıda yerləşən evin sahibinə istinad edilərək keçən 90 gün ərzində 150-dən çox insanın həmin evdə qaldığı bildirilir.

Şəxsiyyəti məlum olmayan şəxs daha sonra deyib ki, xarici döyüşçülər adətən Suriyaya keçməmişdən əvvəl bir və yaxud iki gün onun evində qalır və qayıdan zaman da onlar bu evdə qalaraq ölkələrinə gedəcək təyyarəni gözləyirlər.

Məlumatda daha sonra Frnasadan olan döyüşçüyə istinad edilərək deyilir ki, burada dünyanın hər bir yerindən minlərlə döyüşçü var.

O deyib: “Və biz hamımız əl Qaidənin üzvləriyik.”

BBC-nin verdiyi məlumata əsasən keçən il ərzində 300-ü Britaniya vətəndaşı olmaqla minlərlə xarici vətəndaş xaricdən dəstək alan üsyançılara prezident Bəşər Əsədi devriməyə kömək etmək üçün Suriya ərzisinə keçiblər.

Məlumatda daha sonra özlərini Azad Suriya Ordusu adlandıran Suriya müxalifətinin komandirinə isitnad edilərək bildirilir ki, əl Qaidəyə bağlı xarici döyüşçülər həmçinin ASO-nun da döyüşçülərini hədəfə alırlar.

Komandir deyib: “Onlar bizə deyirlər ki, siz həqiqi müsəlman deyilsiz. Mən onların mənim dostlarımı necə dəmir ilə döydüklərini və sonra da qətlə yetirdiklərini görmüşəm.”


Story Code: 328401

News Link :
https://www.islamtimes.org/az/news/328401/bbc-xarici-döyüşçülər-suriyaya-türkiyə-vasitəsilə-keçirlər

Islam Times
  https://www.islamtimes.org