QR CodeQR Code

Sürpriz təklif: “ABŞ-ı Yaxın Şərqdən uzaqlaşdırın”

8 Dec 2013 11:05

IslamTimes - Son günlər ABŞ-ın Şərqlə bağlı fərqli siyasəti Səudiyyə Ərəbistanının qəzəbinə tuş gəlib və buna görə, də Ər-Riyad Moskvadan Vaşinqtonun bölgədəki yerinə keçməsini tələb edib.


ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, uzun illərddir Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri kimi vəzifəsini yerinə yetirən və Buş ailəsinin yaxın dostu olması ilə tanınan şahzadə Bəndar ibn Sultan, Moskva qarşısında "Yaxın Şərqdə ABŞ-ın yerinə keç" - deyə təklif irəli sürüb.
 
ABŞ prezidenti Barak Obamanın İran, Suriya və Misirlə bağlı yeritdiyi siyasətlərə şiddətlə qarşı çıxan və Vaşinqtondan uzaq durmağı qərara alan rəsmi Riyad, Rusiya ilə yaxınlaşmanın yollarını axtarır. Hələ də Səudiyyə kəşfiyyatını idarə edən Şahzadə ibn Sultanın bu məqsədlə Moskvaya getdiyi və Rusiya prezidenti Vladimir Putinə "çox cazibədar" təkliflər təqdim etdiyi bildirilir.
 
Müstəqil jurnalist Aaron Klein bildirib ki, "Soçi 2014" Qış Olimpiya Oyunlarında terrorizmə qarşı Rusiya ilə əməkdaşlıq etmək təklifini irəli sürən şahzadə, Misirə silah və müdafiə vasitələrinin satışı sahəsində Rusiyaya dəstək verməklə, bu sahədə ABŞ-ın üstünlüyünə son verə bilər.


Story Code: 328462

News Link :
https://www.islamtimes.org/az/news/328462/sürpriz-təklif-abş-ı-yaxın-şərqdən-uzaqlaşdırın

Islam Times
  https://www.islamtimes.org