QR CodeQR Code

Çin ABŞ üçün böyük bir təhlükəyə çevrildi

1 Aug 2010 07:21

İslamTimes – Dünyanın bir çox ölkəsində iqtisadi böhran davam edərkən Çində iqtisadi irəliləmə Yaponiya və ABŞ-dan daha çox inkişaf edir.


Beləcə Çin Yaponiyanı geridə qoyaraq, artıq dünyanın ən güclü 2-ci iqtisadiyyatı güclü olan ölkəsinə çevrilib. Qeyd edək ki, bu barədə ictimaiyyətə Çinin Valyuta naziri Yi Qanq məlumat verib. Onun sözlərinə görə, illərdir artım performansı göstərən Çin, Yaponiyanı keçərək dünyada ən böyük ikinci iqtisadiyyata malik olan ölkəyə çevrilib.
Məlumat üçün bildirək ki, 2009-cu ildəki məlumatlara görə, iqtisadi artım baxımından Yaponiyanı keçməyə yaxın olan Çinin bu nəticəni əldə etməsi, heç də təəccüblü deyil. Ancaq iqtisadiyyatı böyük olduğu üçün Yaponiyanı geridə qoyan Çində, adam başına düşən milli gəlir 3,800 dollar təşkil edir. Yaponiyada bu rəqəm təxminən 40 min dollar olarkən, ABŞ-da 46 min dollardır. /FaktXeber/


Story Code: 32859

News Link :
https://www.islamtimes.org/az/news/32859/çin-abş-üçün-böyük-bir-təhlükəyə-çevrildi

Islam Times
  https://www.islamtimes.org