QR CodeQR Code

İsraildə yəhudi qızların hicabı xaxamları qıcıqlandırıb

1 Aug 2010 07:34

İslamTimes – Yəhudi qızlarının müsəlmanlar kimi hicab bağlaması, İsraildəki yəhudi mollaları olan xaxamları əməlli başlı narahat etməyə başlayıb.


İsrailin “jewish chronicle” qəzetinin yaydığı məlumata əsasən, İsraildə yəhudi qız və qadınların müsəlman qadınlarına oxşar hicab bağlaması bu rejim mollaları olan xaxamları qəzəbləndirib. Bununla bağlı İsrailin bir qrup tanınmış xaxamları hökümətə müraciət edərək, qadınların müsəlman hicablarına uyğun baş örtüyü geyimlərinə qadağa qoyulmalarını və bununla bağlı yeni qanunun qəbul edilməsini tələb ediblər. Xaxam Banhaim deyib: “Yəhudi xanımları arasında müsəlman geyimlərinin, o cümlədən onlara örpəklərin yayılması bizi narahat edir. Odur ki, biz bunun qarşısını almalıyıq.” /Faktxeber/


Story Code: 32860

News Link :
https://www.islamtimes.org/az/news/32860/israildə-yəhudi-qızların-hicabı-xaxamları-qıcıqlandırıb

Islam Times
  https://www.islamtimes.org