0
Monday 9 December 2013 - 07:17

Liberman: İsrail İrandan narahatdır

Story Code : 328708
Liberman: İsrail İrandan narahatdır
Liberman: İsrail İrandan narahatdır
Liberman ABŞ-ın paytaxtı Vaşinqtonda Brookings İnistitutunun Saban Forumunun illik konfransında Vaşinqton Postun müxbiri David İqnatiusun suallarını cavablandırıb.

Liberman İranda prezident dəyişikliyinin olmasına baxmayaraq bu ölkənin siyasi gedişində heç bir dəyişiklik olmayacağı fikrini irəli sürdü.

Liberman deyib: “İrandan həqiqətən də narahatıq, çünki, orada həqiqi güc mərkəzi yeni siyasi lider deyil, prezident Ruhani deyil, xarici işlər naziri Zərif deyil və hələ də İnqilab Mühafizəkarları və dini liderdir.”

Liberman İran ilə 5+1 ölkələri arasında İranın nüvə proqramı üzərində müzakirələrdə razılıq əldə edilməsində sonra İsrailin digər ölkələrə nisbətən sərt açıqlamalar verməməsinin vacibliyini vurğulayıb.

Liberman deyib: “Bu razılaşmada ABŞ ilə bizim aramızdakı ixtilaf gizlətmək mümkün deyil, ancaq bu ixtilafı media qarşısında müzakirə etmək düzgün deyil.”

5+1 ölkələrinin İran ilə etdiyi müzakirələrin razılaşma ilə nəticələnməsi İsrail və Səudiyyə Ərəbistanından başqa digər ölkələr tərəfindən razılıqla qarşılandı.

İsrail-Fələstin məsələsinin həll edilməsi ilə bağlı olan suala cavab verən Aviqdor Liberman bu məsələnin həll edilməsinin mümükün olduğunu etiraf edib.

Liberman deyib: “Bugün iki tərəf arasında bir-birinə qarşı olan güvən demək olar ki, sıfırdır.”

Forumun bugünkü iclasına ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri də qatılacaq. İsrail baş naziri Benyamin Netanyahu da foruma bazar günü video konfrans vasitəsilə qatılacaq.
Source : Islamtimes
Comment