QR CodeQR Code

Türkiyə - Suriya sərhədində gərginlik: 5 əsgər yaralandı

9 Dec 2013 10:40

IslamTimes - Hatayda sərhəddən mazut keçirmək istəyən qaçaqmalçılarla sərhədçilər arasında insident olub. Nəticədə 5 əsgər yaralanıb.


Belə ki, Suriyadan gətirilən mazutu qəbul etmək üçün sərhəd yaxınlığında çoxlu sayda traktor olduğundan, əsgərlər onların sənədlərini yoxlamaq istəyib. Bu zaman qaçaqmalçılarla sərhədçilər arasında insident baş verib. Qaçaqmalçılara Beşaslan kəndinin sakinləri də dəstək verib. Əsgərlərə daş-kəsək atılıb.

Yaralı əsgərlər xəstəxanaya çatdırılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir. Müdaxilə zamanı qacaqmalçılardan da yaralanan olub.

Sərhəd bölgəsində güclü təhlükəsizlik tədbirləri görülüb.


Story Code: 328739

News Link :
https://www.islamtimes.org/az/news/328739/türkiyə-suriya-sərhədində-gərginlik-5-əsgər-yaralandı

Islam Times
  https://www.islamtimes.org