QR CodeQR Code

Araşdırma: Spirtli içki Şotlandiyada hər həftə 20 nəfərin ölməsinə səbəb olur

Islamtimes , 9 Dec 2013 22:41

İslamtimes - Britaniya Milli Səhiyyə Xidmətinin verdiyi məlumata əsasən Şotlandiyada bir həftə içərisində spirtli içkidən 20 nəfər həlak olur.


Şotlandiyanın spirtli içki strategiyası haqqında hesabat dərc edən səhiyyə təşkilatı 2012-ci ildə spirtli içkidən 1000 nəfərdən çox insanın həlak olduğunu və bu da bir həftə ərzində 20 nəfərin həlak olması deməkdir.

Şotlandiyanın səhiyyə mərkəzi əlavə edərək deyib ki, 12 ay ərzində təxminən 26 min insan spirtli içki səbəbindən xəstəxanaya yerləşdirilib.

Şotlandiya Səhiyyə nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriklara Biston deyib:
“25-44 yaş arası qadınların spirtli içki səbəbindən xəstəxanaya yerləşdirmə hallarının artması bizi ən çox narahat edən məsələlərdəndir.”

Araşdırmalar spirtli içkilərdən ölənlərin sayının son zamanlar xeyli dərəcədə artdığını göstərir.

Şotlandiya səviyyə nazirliyinin əvvəlki araşdırması nəticəsində məlum olmuşdur ki, İngiltərənin şimali-şərq hissəsinə nisbətən Şotlandiyada hər adam başına düşən spirtli içki satışı 13 faiz artıb.

Həmçinin məlum olub ki, İngiltərə və Uels ilə müqayisədə Şotlandiyada spirtli içkidən ölənlərin sayı 67 faiz artıb.


Story Code: 329021

News Link :
https://www.islamtimes.org/az/news/329021/araşdırma-spirtli-içki-şotlandiyada-hər-həftə-20-nəfərin-ölməsinə-səbəb-olur

Islam Times
  https://www.islamtimes.org