0
Saturday 7 December 2013 - 23:07

Qatil Türkiyəyə gəldi

Story Code : 329027
Qatil Türkiyəyə gəldi
Qatil Türkiyəyə gəldi
“Mavi Mərmərə” faciəsinin hesabını sormayan, üstəlik İsrailə qarşı hər cür utançverici güzəştləri edən hökumət qatil Amir Peretzi yüksək səviyyədə qarşılamaqla şəhid yaxınlarını və ictimaiyyəti dərindən yaralayıb.

2010-cu ildə meydana gələn və 9 Türk vətəndaşının İsrail əsgərləri tərəfindən qətlə yetirən “Mavi Mərmərə” qətliamından sonra İsraildən Türkiyəyə nazir səviyyəsində ilk ziyarət reallaşdırıldı. Ekologiya naziri Amir Peretz İstanbulda ətraf mühitin qorunmasıyla bağlı bir konfransa qatılmaq üçün Türkiyəyə gəldi. Aralıq dənizinin çirkliliyə qarşı qorunması Konvensiyasına qoşulan tərəflər toplantısına qatılmaq üçün İstanbula gələn İsrailli nazir sanki krallar kimi qarşılandı.

“Özümü burada çox yaxşı hiss edirəm”


İstanbulda konfransa qatılan Sionist İsrailin Ekologiya Naziri Amir Peretz jurnalistlərin suallarına utanmadan “Özümü burada çox yaxşı hiss edirəm” cavabını verdi. Aparılan müzakirələrdən sonra salondan ayrılan Türkiyə Ekologiya və Şəhərsalma naziri Ərdoğan Bayraktar isə jurnalistlərin “Peretz ilə bir görüşməniz olacaqmı?” sualına “Təbii olaraq görüşəcəm. Biz hər kəslə görüşürük” deyə cavab verdi. Nazir Bayraktar “Mavi Mərmərə məsələsi gündəmə gələcəkmi?” sualına isə “Aralıq dənizini təmiz saxlayaq. Aralıq dənizinin təmizliyi üçün həmişə birlikdə çalışaq” deyərək sualı cavabsız qoydu. Türkiyəyə gələn Amir Peretz İsrail nazirlər kabinetində həmkarlar ittifaqı üzvü bir siyasətçi olaraq bilinir. Marokko yəhudisi Peretz ötən seçkilərdə məclisə indi Türkiyə ilə İsrail arasında təzminat müzakirələrini davam etdirən ədliyyə naziri Tzipi Livninin “Hatuna” partiyasından seçkilərə qatıldı. Peretz Livninin sağ əli olaraq tanınır.
Source : Islamtimes
Comment