QR CodeQR Code

Sergey Lavrov Tehrana səfər edəcək

10 Dec 2013 09:22

IslamTimes - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün axşam saatlarında İrana səfər edəcək.


APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Lavrov rəsmi görüşlərini dekabrın 11-də həyata keçirəcək. Görüşlərdə İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması, Suriya böhranı və onun həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransın əsas müzakirə mövzusü olacağı bildirilir.


Story Code: 329082

News Link :
https://www.islamtimes.org/az/news/329082/sergey-lavrov-tehrana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org