QR CodeQR Code

Polis mayorunun 16 yaşlı oğlu maşınla adam vurdu

10 Dec 2013 11:49

IslamTimes - Kürdəmirin Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


ANS PRESS-in məlumatına görə, Kürdəmir sakini 1997-ci il təvəllüdlü Sadıqzadə Rahim İbrahim oğlu “Hyundai Santafe” markalı avtomobillə Bakı prospektindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edərkən yolu keçən piyada - 1948-ci il təvəllüdlü Hümbətova Şükufə Qaraş qızını vurub. 65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
İlkin məlumata görə, avtomobil 16 yaşlı oğlanın babasına məxsus olub. Hadisə baş verən gün o, avtomobili ailəsindən xəbərsiz götürərək qəza törədib. R.Sadıqzadə yolun sağ tərəfindən sol tərəfinə keçərkən idarəetməni itirib.
Məlumata görə, qəza törədən şəxs Kürdəmir Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğludur.


Story Code: 329144

News Link :
https://www.islamtimes.org/az/news/329144/polis-mayorunun-16-yaşlı-oğlu-maşınla-adam-vurdu

Islam Times
  https://www.islamtimes.org