0
Wednesday 11 December 2013 - 10:01

Rusiyanın xarici işlər naziri İranda səfərdədir

Story Code : 329486
Rusiyanın xarici işlər naziri İranda səfərdədir
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfərdə məqsəd ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. S. Lavrovun dekabrın 11-də İran prezidenti Həsən Ruhani, bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif, həmçinin digər rəsmilərlə görüşəcəyi bildirilir. Görüşlərdə İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması, həmçinin Suriya böhranı və onun həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransın görüşlərin əsas müzakirə mövzularından olacağı vurğulanır. Bundan əlavə, görüşlərdə Xəzər dənizi ilə bağlı da fikir mübadiləsi aparılacağı qeyd olunur. 
Qeyd edək ki, S. Lavrov Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İrana ilk səfərini həyata keçirir.
Comment