0
Wednesday 11 December 2013 - 23:04

Radikal İslami qruplar Türkiyədəki şəbəkələri istifadə edir

Story Code : 329784
Radikal İslami qruplar Türkiyədəki şəbəkələri istifadə edir
Radikal İslami qruplar Türkiyədəki şəbəkələri istifadə edir
Adanada narkotiklə bağlı polisə məlumat verilən bir TIR-da ələ keçirilən və Suriyada Əl-Qaidə ünsürlərinə aparıldığı ifadə edilən silah-sursatın ələ keçirilməsindən sonra həbs olunan TIR sürücüsünün ifadəsində daha əvvəl də Türkiyədən Suriyaya silah-sursat daşıdığını söyləməsiylə başlayan müzakirələr davam edərkən əhəmiyyətli məlumatlar gün işığına çıxmağa davam edir.

Türkiyədəki şəbəkələr istifadə olunur

Kəşfiyyat qurumları Suriyada fəaliyyət göstərən Əl-Qaidə və radikal İslami qrupların silah və sursat ehtiyacını qarşılamaq üçün iki ölkə arasında uzun illərdir qaçaqçılıq fəaliyyəti icra edən şəbəkələri təsbit etdi. Radikal qrupların qaçaqçılıq şəbəkələrinə çox miqdarda pul ödədikləri qeyd edildi. Bu qaçaqmalçıların ayrıca beynəlxalq sahədə silah ticarəti edən şəxslərlə də əlaqə saxladıqları müəyyən olundu. Əl-Qaidənin qaçaqçılar üzərindəki idarəçiliyindən narahat olan ABŞ-ın kəşfiyyat təşkilatı CIA da diqqətini bu qaçaqçılıq məsələsi üzərində cəmləşdirmişdi.

Kılıçdaroğlu silah-sursat göndərildiyini ifadə etmişdi

Ötən günlərdə Adanada narkotik barəsində məlumat verildikdən sonra polis tərəfindən saxlanılmış bir TIR-da çox miqdarda silah-sursat ələ keçirilmişdi. TIR-da ələ keçirilən sursatın Konya ilə Adanada istehsal edilərək Suriyada Əl-Qaidəyə bağlı olaraq rejim əleyhdarı silahlı mübarizə edən Əl-Nusraya göndərilməyə çalışıldığı aydın olmuşdu. TIR-da ələ keçirilən sursatın əvvəlcə roket başlığı olduğu açıqlanmış ancaq Təhlükəsizlik Müdirliyi bu materialların havan topu sursatı olduğunu bildirmişdi. TIR sürücüsü L.K. ifadəsində sursatla əlaqədar təlimatları “Heysəm Topalca” adıyla tanıdığı şəxsdən aldığını söyləmişdi. L.K. ayrıca daha əvvəl də iki dəfə silah-sursat daşıdığını və bu daşınmaları Reyhanlıda bir jandarma bölməsinin yanındakı bir anbara apardığını söyləmişdi. CHP lideri Kamal Kılıçdaroğlu da: “Türkiyədən jandarma idarəsində Suriyaya silah daşındığını” bildirmişdi.

ABŞ və Avropa narahatdır
“Milliyyət” qəzetinin yayımladığı məlumatlara görə, kəşfiyyat qurumları bu mövzuda icra etdiyi işləri dərinləşdirirkən əhəmiyyətli məlumatlar gün işığına çıxmağa davam edir. Kəşfiyyat qurumları Suriyada İslami bir rejim qurmaq üçün mövcud rəhbərliyinə qarşı silahlı fəaliyyət icra edən Əl-Qaidə və tərəfdarları olmaqla radikal İslami qrupların silah və sursat ehtiyacını qarşılamaq üçün dəyişik üsullar istifadə etdiyini təsbit etdi. Türkiyə, ABŞ və Avropa ölkələrinin Əl-Qaidənin Suriyada yaşanan son hadisələrdən sonra əldə etdiyi mövqedən narahatlıq duyduğu ifadə edildi.

Daşınma marşrutları müxaliflərin əlindədir
Bu səbəblə vətəndaş müharibəsinin ilk dövrlərində yaşanan qarışıqlıqdan faydalanaraq silah və sursat tapmaqda çətinlik çəkməyən Əl-Qaidə və ünsürlərinin son dövrdə bu mövzuda çətinlik yaşadığı qeyd edildi. Əl-Qaidə başda olmaqla radikal İslami qrupların ehtiyaclarını qarşılamaq üçün xüsusilə Türkiyədə fəaliyyət göstərən qaçaqçılıq şəbəkələriylə əməkdaşlıq etdiyi müəyyən olundu. Suriyada vətəndaş müharibəsi olmamışdan əvvəl də iki ölkə arasında qaçaqçılıq edən şəbəkələrin ən asan şəkildə silah, sursat, hərbi vəsait və insan keçirilməsi aparılan marşrutlarda hakim olduğu müəyyən olundu. Bu marşrutların az qala hamısının müxaliflərin əlində olması bu şəbəkələrin işini asanlaşdırır. Şəbəkələrin ayrıca uzun illərdir bu işi aparmaları, qarşılıqlı olaraq qaçaqçılıq etmələri səbəbiylə də Türkiyə içindəki əlaqələrinin da qüvvətli olduğu və istənilən sursat və ya material tapma mövzusunda çətinlik çəkmədikləri ifadə edildi. Radikal İslami qrupların reallaşan daşınma qarşılığında bu şəbəkələrə çoxlu miqdarda pul ödədikləri qeyd edildi.

Beynəlxalq şəbəkələr də dövrəyə girib

Radikal qrupların bu sahədə yalnız Türkiyə yolunda deyil, digər sərhəd qonşuları olan İraq, Livan, İordaniya kimi ölkələrdəki şəbəkələrdən də faydalandıqları ifadə edildi. Bu ölkələrdəki şəbəkələrin də Suriyaya vəsait ötürülməsi sahəsində fəal olduğu ifadə edildi. Bu qaçaqçılıq şəbəkələrinin ayrıca, istənilən mühimmatlar mövzusunda beynəlxalq sahədə qanunsuz olaraq silah ticarəti edən adamlar və qruplarla əlaqədar olduqları da kəşfiyyat hesabatlarında əks olunan məlumatlar arasındadır. Suriyadakı radikal İslami qruplardan başqa digər müxalif təşkilatların da bu beynəlxalq silah tacirləri ilə bəzi zamanlar vasitəçi istifadə etməklə və ya birbaşa əlaqə yaratdıqları da bildirildi.
Source : Islamtimes
Comment