QR CodeQR Code

Sünni ruhani: Livan sünni cəmiyyəti Hizbullahı dəstəkləyir

Islamtimes , 12 Dec 2013 00:34

İslamtimes - Sidonda yerləşən əl Ğufran məscidinin sünni rəhbəri deyib ki, Livanda sünni cəmiyyəti tərəfindən atılmış əsas addım İslami müqaviməti, müsəlman birliyi və əməkdaşlığı dəstəkləməkdən ibarətdir.


Livanlı imam camaat Şeyx Haşim əl İlani Livanda sünni müsəlmanlar adından həyata keçirilən zorakı fəaliyyətləri tənqid etmiş və demişdir ki, sünni müsəlmanlar adı altında görülən bütün hərəkətlərin bizim cəmiyyət ilə heç bir əlaqəsi yoxdur.

O Sidonda baş verən son münaqişəyə toxunmuş və demişdir: “Sidon həmişəlik olaraq cənub qapısı və əməkdaşlıq şəhəri olaraq qalacaq.”

Sünni ruhani əlavə edərək deyib: “Bəzən biz qeyri ciddi və fitnə dolu fəaliyyətlərin şahidi oluruq, ancaq bu şəhərdəki insanlar dəfələrlə bu cür mənfi rəy və fəaliyyətə qarşı öz müxalifətçiliklərini bəyan ediblər və onlar həmişədən şiə və sünnilər arasında əməkdaşlıq və dostluğun tərəfdarı olublar.”

O əlavə edərək deyib: “Sünni müsəlmanların mövqeyi təmamilə aydındır. Onlar müqavimət və İslami vəhdət vasitəsi ilə bütün livanlılar arasında əməkdaşlığı gücləndirmək üçün çalışırlar və bəzi insanların qeyri səmimi və ciddi mövqeləri sünni cəmiyyətinə aid ola bilməz.”


Story Code: 329803

News Link :
https://www.islamtimes.org/az/news/329803/sünni-ruhani-livan-sünni-cəmiyyəti-hizbullahı-dəstəkləyir

Islam Times
  https://www.islamtimes.org