0
Wednesday 11 December 2013 - 00:51

İsrail liderləri anti-irqçilik qəhrəmanı Mandelanın dəfn mərasiminə qatılmayıblar

Story Code : 329805
İsrail liderləri anti-irqçilik qəhrəmanı Mandelanın dəfn mərasiminə qatılmayıblar
İsrail liderləri anti-irqçilik qəhrəmanı Mandelanın dəfn mərasiminə qatılmayıblar
Bazar ertəsi günü rəsmilər xərclər və sağlıq vəziyyəti ilə əlaqədar olaraq Netanyahu və Peresin dəfn mərasimində iştirak etməyəcəyini elan ediblər.

Məlumatda deyilir ki, 90 yaşlı Peresin həkimi ona səyahət etməməyi məsləhət görüb.
Peresin sözçüsü deyib: “Prezident qruipdən əziyyət çəkir və həkimlət ona uçmamağı məsləhət görüb.”

İsrail Nelson Mandelanın mübarizə apardığı və müqavimət göstərdiyi keçmiş irqçi Cənubi Afrika hökumətinin müttəfiqi idi. Bu hökumət Mandelanı anti-irqçi mübarizəsi səbəbindən 27 həbsdə saxlamışdır.

İsrail irqçiliyinə qarşı mübarizədə Cənubi Afrikanın ilk qara dərili liderindən ilham alan fələstinliləri Mandelanın dəfn mərasimində Fələstin Hökumətinin rəhbəri Mahmud Abbas təmsil edəcək.

Cənubi Afrikanın ilk qara dərili prezidentinin dəfn mərasiminə dünyanın 70 ölkəsinin rəhbəri qatılacağı gözlənilir.
Netanyahu Mandelanı “zorakılığı rədd edən azadlıq döyüşçüsü” sözləri ilə tərif etməsinə baxmayaraq ABŞ və İsrailin ən yaxın müttəfiqi olan Afrika Milli Konqresi Mandelanı terrorist adlandıraraq həbs etmişdir.

Mandela yalnız 2008-ci ildə ABŞ-ın terror listindən silindi.
Xarici işlər nazirinin sözçüsü deyib ki, dəfn mərasimində İsraili ya parlament spikeri, yaxud da digər kabinet üzvü təmsil edəcək.

2010-cu ildə Peres İsrailin 1975-ci ildə irqçi dövləti nüvə silahı ilə təmin etmək haqqında olan qəzet məlumatını rədd etmişdir.
Source : Islamtimes
Comment