QR CodeQR Code

BMT: "Cenevrə-2" iştirakçılarının siyahısı hələ razılaşdırılmayıb

13 Dec 2013 10:56

IslamTimes - Suriya üzrə yanvarın 22-də nəzərdə tutulan beynəlxalq konfrans ("Cenevrə-2") iştirakçılarının siyahısı hələ razılaşdırılmayıb.


Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki jurnalistlərə bildirib.
 
"Hazırda siyahı üzərində iş başa çatmayıb", - Nesirki deyib.
 
Dekabrın 12-də Britaniya qəzeti The Daily Star bildirib ki, konfransa 32 dövlət dəvət olunub, o cümlədən İran və Səudiyyə Ərəbistanı. Suriya münaqişəsində əks tərəfləri dəstəkləyən bu iki ölkələrin iştirakı, hazırda əsas məsələlərdən biri sayılır.


Story Code: 330163

News Link :
https://www.islamtimes.org/az/news/330163/bmt-cenevrə-2-iştirakçılarının-siyahısı-hələ-razılaşdırılmayıb

Islam Times
  https://www.islamtimes.org