QR CodeQR Code

"İran Avropaya qaz kəməri çəkməyi planlaşdırır"

13 Dec 2013 12:48

IslamTimes - İran Avropa ölkələrinə qaz ixracı üçün boru kəmərini tikməyi planlaşdırır.


Trend Hurriyet Daily News qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız cümə günü bildirib.
"Biz bilirik ki, İran Avropaya qaz kəməri çəkmək niyyətindədir. Beş Avropa ölkəsi artıq İran qazının idxalını planlaşdırıb", - Yıldız deyib.
Nazirin sözlərinə görə, İranın xarici siyasətinin yumşalması təqdirdə İran-Türk münasibətləri yalnız yaxşılaşacaq.
İran və dünyanın altı aparıcı dövləti noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyiş əldə ediblər. Hər iki tərəf Cenevrədə, İrana qarşı sanksiyaların bir qədər yumşaldılmasını tələb edən fəaliyyət planı imzalayıblar.


Story Code: 330169

News Link :
https://www.islamtimes.org/az/news/330169/iran-avropaya-qaz-kəməri-çəkməyi-planlaşdırır

Islam Times
  https://www.islamtimes.org