0
Friday 13 December 2013 - 13:00

ABŞ Bankçılıq Komitəsinin sədri İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb

Story Code : 330178
ABŞ Bankçılıq Komitəsinin sədri İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, senator Tim Conson bildirib ki, ABŞ hökuməti ilə belə bir razılıq əldə olunub: "Biz hesab edirik ki, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi həssas danışıqları poza bilər. Ona görə də bu məsələdə Qərb ölkələri arasındakı birliyə zərbə vuracaq zərərli heç bir şey həyata keçirməməliyik."

O bildirib ki, ABŞ sanksiyaları sərtləşdirməsə, İran danışıqları pozsa bu İranın müvəffəqiyyətsizliyi olar. Bu baxımdan İrana “altılıq” ölkələrinə və ya digər dövlətlərə öz məsuliyyətlərini bizim boynumuza qoymaları üçün bəhanə verməməliyik.
Comment