QR CodeQR Code

Səudiyyə ordu nümayəndəsi gizli şəkildə İsrailə səfər edib

Islamtimes , 13 Dec 2013 15:46

Islamtimes - Səudiyyə Ərəbistanından olan ordu rəsmiləri İran ilə dünyanın altı ölkəsi arasında imzalanan nüvə razılaşmasını müzakirə etmək üçün gizli şəkildə İsrailə səfər ediblər.


İsrail radiosunun verdiyi məlumata əsasən Səudiyyə Ərəbistanın kəşfiyyat rəhbəri Bəndər bin Sultan bin Əbduləzizin qardaşı olan müdafiə nazirinin müavini Salman bin Sultan bu yaxınlarda digər ordu nümayəndələri ilə birlikdə İsrailə səfər edib.

Fələstin xəbər portalı əl Mənarın verdiyi məlumata əsasən İsrail radiosu deyib ki, Salman bin Sultan gizli şəkildə iki səudiyyəli rəsmi ilə İsrail təhlükəsizlik rəhbərləri ilə görüşüb.

Səudiyyə nümayəndə heyəti həmçinin İsrailin yüksək rütbəli ordu zabitinin müşayiəti ilə İsrailin hərbi bazalarından birinə səfər ediblər.

24 Noyabr tarixində İran və BMT-nin beş daimi üzvü – ABŞ, Çin, Fransa, Rusiya, Britaniya və üstəgəl Almaniya Qrəbin on illərlə bəri Tehran ilə mübahisə mövzusu olan nüvə enerji proqramı haqqında razılığa gəliblər.

Ancaq İsrail bu razılaşmanı tənqid etmiş və İsrail baş naziri Benyamin Netanyahu isə bu razılaşmanı “tarixi səhv” adlandırmışdır.

17 Noyabr tarixində Britaniyaya məxsus “The Sunday Times” qəzeti məlumat yayaraq bildirib ki, Riyad İsrailə Tehranın nüvə enerji proqramına hücumu ərəfisndə öz hava məkanından istifadə etməyə tam razılıq verib.

Rəsmi Riyad isə İranın nüvə proqramına hücum üçün İsrail-Səudiyyə razılaşması haqqında olan məlumatları təkzib edib.


Story Code: 330241

News Link :
https://www.islamtimes.org/az/news/330241/səudiyyə-ordu-nümayəndəsi-gizli-şəkildə-israilə-səfər-edib

Islam Times
  https://www.islamtimes.org