0
Friday 13 December 2013 - 23:30

Tale Bağırov məhkəməni bazara bənzətdi

Story Code : 330400
Tale Bağırov məhkəməni bazara bənzətdi
Tale Bağırov məhkəməni bazara bənzətdi
Prosesdə Tale Bağırovun özü və vəkili Cavad Cavadov, dövlət ittihamçısı Nəsib Bayramov, eləcə də bir çox inanclı şəxslər iştirak ediblər.
Vəkil Cavad Cavadov “Azadxeber.net” saytına iclasın əvvəlində məhkəmə baxışının məhkəmə istintaqı ilə başlanması, həmçinin Tale Bağırov barəsində həbs qətimkan tədbiri məsələsinə də toxunulması ilə bağlı vəsatət qaldırdıqlarını bildirdi:

“Məhkəmə isə belə qərara gəldi ki, məhkəmə istintaqı və əlavə sübutlar tələb edilməsinə heç bir zərurət yoxdur. Biz Tale Bağırovla məsləhətləşdik və bununla bağlı razılaşmırıq. Yəqin ki, bundan kasasiya şikayəti veriləcək. Tale Bağırov özü də məhkəməyə, ümumiyyətlə Azərbaycan məhkəmələrinə etirazını bildirdi. Azərbaycanda müstəqil məhkəmə olmadığına görə, o hesab edir ki, bu prosesin də heç bir əhəmiyyəti yoxdur, sadəcə bu prosedurlar bizə beynəlxalq məhkəmələrə çıxmaq üçün zəruridir” –deyən vəkil növbəti məhkəmənin 19 dekabr saat 11:30-a təyin edildiyini dedi.
Tale Bağırov məhkəmə prosesində çıxış edib: “ Azərbaycanda müstəqil məhkəmə yoxdur, məhkəmələr sanki bir bazardır. Bazarda meyvələrin taleyi necə həll olunursa, burada da insanların taleyi elə həll olunur.”
Xatırladaq ki, ilahiyyatçı Tale Bağırov martın 31-də tutulub. Dörd ay əvvəl azadlığa çıxmış ilahiyyatçı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur. Sabunçu Rayon Məhkəməsi Taleh Bağırov haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. Aprelin 11-də Bakı Apelyasiya Məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Noyabrın 1-də Sabunçu rayon Məhkəməsi Tale Bağırov barəsində 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Source : Musavat
Comment