QR CodeQR Code

Ukrayna baş naziri istefaya getməyə hazırdır

14 Dec 2013 11:52

IslamTimes - Ukraynanın baş naziri Nikolay Azarov istefaya getməyə hazır olduğunu bəyan edib.


APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, o bunu müxalifətçi Arseniy Yatsenyukla Ümummilli “Dəyirmi masa” zamanı mübahisə edərkən deyib.
Müxalifətçi deputatın “ölkədəki böhrana səbəb baş nazirin öz kreslosundan bərk yapışmasıdır” söyləməsinə Azarov “Mənim öz iradəm var, mən qərarımı verəcəyəm. Amma sən də iradəni ortaya qoy və məsuliyyəti üzərinə götür”, - deyə cavab verib.


Story Code: 330462

News Link :
https://www.islamtimes.org/az/news/330462/ukrayna-baş-naziri-istefaya-getməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org