0
Saturday 14 December 2013 - 15:18

Siyasi analitik: ABŞ-ın İrana qarşı sanksiyaları müharibə fəaliyyətidir

Story Code : 330566
Siyasi analitik: ABŞ-ın İrana qarşı sanksiyaları müharibə fəaliyyətidir
Siyasi analitik: ABŞ-ın İrana qarşı sanksiyaları müharibə fəaliyyətidir
Beynəlxalq Hərək Mərkəzinin üzvü Sara Flounders deyib: “Bütün bu sanksiyalar həqiqətdə İranın suverenliyinin pozulması və müharibə fəaliyyətidir və bu sanksiyalar tez bir zamanda aradan qaldırılmalıdır.”

O əlavə edərək deyib: “ABŞ təkcə İrana qarşı sanksiya tətbiq etməklə kifayətlənmir, həmçinin deyir ki, İran ilə sövdələşmə edən hər bir dövlət ABŞ tərəfindən cəzalandırılacaq. Bu səbəbdən də bu bütün dünyaya qarşı sanksiya və təhdiddir.”

Analitik qeyd edərək bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları həqiqətdə Tehran nüvə enerji proqramı haqqında əldə edilmiş razılığı pozur.

O deyib: “İran ABŞ və Qərbdən qırılaraq müstəqil olduqdan sonra ona qarşı bu cür hərəkətlər başladı. Həqiqətdə bu sanksiya və təziqlər nüvə enerji proqramı səbəbindən deyil, məhz İranın müstəqil siyasət yürütməsi səbəbindəndir.”

Cümə axşamı günü ABŞ prezidenti Barak Obama administrasiyası 10-dan çox şirkət və şəxslərə İran nüvə enerji proqramına dəstək verdikləri üçün sanksiyalar tətbiq ediblər.

İran ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları tənqid etmiş və demişdir ki, ABŞ administrasiyası bu ehtiyatsız tədbirlərə görə məsuliyyət daşıyır.

24 Noyabr tarixində İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya arasında Cenvrədə on illərdən bəri Qərb ilə İran arasında mübahisə mövzusu olan İranın nüvə enerji proqramı haqqında razılığa gəlindi.

İranın nüvə fəlaliyyətini qismən yavaşıtması müqabilində altı ölkə İslam Respublikasına qarşı tətbiq edilmiş sanskiyaları aradan qaldırmağa öhdəlik götürüb.
Source : Islamtimes
Comment