QR CodeQR Code

Kanadada təkmühərrikli təyyarə yaşayış binasına çırpılıb, ölən var

15 Dec 2013 12:13

Ötən gün Kanadanın Loydminster şəhərinin aeroportu yaxınlığında təkmühərrikli təyyarə yaşayış binasına çırpılıb.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində pilot hadisə yerində həlak olub.  
 
Qəza təyyarə havaya qalxdıqdan dərhal sonra baş verib. Təyyarədə pilotdan başqa heç bir sərnişin olmayıb. Hadisə nəticəsində digər xəsarət alanlar barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri araşdırılır. 


Story Code: 330767

News Link :
https://www.islamtimes.org/az/news/330767/kanadada-təkmühərrikli-təyyarə-yaşayış-binasına-çırpılıb-ölən-var

Islam Times
  https://www.islamtimes.org