0
Sunday 15 December 2013 - 12:21

Makkeyn: ABŞ Senatı Ukraynaya dair qətnaməni dərhal və yekdilliklə qəbul edəcək

Story Code : 330769
Makkeyn: ABŞ Senatı Ukraynaya dair qətnaməni dərhal və yekdilliklə qəbul edəcək
APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Ukrainskaya pravda” qəzetinə amerikalı senator Con Makkeyn bəyan edib.

“Qətnamə insanların zor tətbiq edilmədən öz baxışlarını ifadə etmək hüququna hörmət etməyə çağırır. Biz onların demokratiya istiqamətindəki səylərini dəstəkləyəcəyik”, deyə Makkeyn vurğulayıb.

“Hökumət repressiyaları davam edəcəyi təqdirdə, insan hüquqlarını pozan, insanlığa qarşı cinayətlərin törədilməsində günahkar olan şəxslər və təşkilatlar barəsində sanksiyaların tətbiq edilməsi məsələsinə baxılmalıdır”, deyə Makkeyn qeyd edib . 
Comment