QR CodeQR Code

İsrail İngiltərəni də qaraladı

3 Aug 2010 08:09

IslamTimes - “İngiltərənin yəhudilərə münasibəti İsrailin üzləşdiyi ən böyük problemlərdən biridir...”


İngiltərə baş naziri Devid Kameronun Türkiyəyə səfəri zamanı keçirilən mətbuat konfransında İsrail hökumətini Qəzzanı həbsxanaya çevirməkdə suçlaması iki ölkə arasındakı münasibətləri gərginləşdirib.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Devid Kameronun bəyanatına sərt reaksiya verən İsrail prezidenti Şimon Peres İngiltərəni bu ölkənin baş nazirini yəhudi düşmənçiliyində günahlandırıb.
Şimon Peres İngiltərənin İsrail dövləti yaranan gündən ərəbyönümlü mövqe sərgilədiyini bildirib: “Daim bizim əleyhimizə çalışıblar. İngiltərənin yəhudilərə münasibəti İsrailin üzləşdiyi ən böyük problemlərdən biridir. İngiltərə 1947-ci ildə BMT-də İsrail lehinə qətnaməyə müsbət yanaşmayıb, 1950-ci ilə qədər İsrailə qarşı silah embarqosu tətbiq edib və ərəbləri məzlum sanaraq İsrail əleyhinə çalışıb. İngilis millət vəkilləri də ölkədə yaşayan milyonlarla müsəlmanın səsini almaq üçün yəhudilərə qarşı mövqe sərgiləyirlər. Ancaq Almaniya və Fransa ilə əlaqələrimiz əvvəldən çox yaxşıdır”.


Story Code: 33078

News Link :
https://www.islamtimes.org/az/news/33078/israil-ingiltərəni-də-qaraladı

Islam Times
  https://www.islamtimes.org