0
Sunday 15 December 2013 - 13:14

Əfqan prezidenti daha ABŞ hökumətinə güvənmədiyini deyib

Story Code : 330782
Əfqan prezidenti daha ABŞ hökumətinə güvənmədiyini deyib
Əfqan prezidenti daha ABŞ hökumətinə güvənmədiyini deyib
Kərzai ABŞ hərbi qüvvələrinin 2014-cü ildən sonra da Əfqanıstanda qalmasına icazə verən sənədi təhdid edilsə belə Vaşinqton ilə imzalamayacağını bildirdikdən bir gün sonra Hindistana dörd günlük səfəri zamanı deyib: “Mən artı ABŞ hökumətinə inanmıram.”

Kərzai bu açıqlamanı Hindistana səfərinin ikinci günü mətbuat konfransı zamanı edib. Halbuki Vaşinqton gözləyirdi ki, Hindistan ona təsir göstərərk ABŞ ilə İkitərəfli Təhlükəsizlik Razılaşmasını imzalamağa razı salacaq.

O mətbuat konfransı zamanı bir daha təkrar edərək bildirib ki, Əfqan xalqı ABŞ tərəfindən bir daha əhali yaşayan ərazilərə ölümcül raket zərbələri olmamasına zəmanət vermədikcə bu müqaviləni imzalaya bilmərik.

Kərzai deyib: “Obama mənə xalqın canını və malını hifz edəcəyini deyir, ancaq onlar bunu əməldə sübut etməlidirlər və Əfqan xalqına hörmətlə yanaşmalıdırlar.”

O deyib: “Daha bombalar atılmasın və xalqın canına və malına zərər dəyməsin və əlbəttə ki, sülh prosesini ictimai və siyasi şəkildə həyata keçirməyə başlasın.”

Əfqan lideri təhlükəsizlik müqaviləsini imzalamaqdan boyun qaçırmış və demişdir ki, ABŞ ordusu ilk öncə gecə reydlərini dayandırmalıdır. ABŞ Kərzaini müqaviləni imzalamğa məcbur edirlər, ancaq Əfqan prezidenti deyib ki, bu məsələ aprel seçkilərindən sonra təşkil ediləcək yeni hökumətə buraxılsın.

Vaşinqton deyib ki, əgər Kərzai ilin sonuna kimi müqaviləni imzalamasa, ABŞ qüvvələri bütövlükdə Əfqanıstanı tərk edəcəklər.

ABŞ və onun müttəfiqləri Vaşinqtonun adda terror qarşı müharibəsinin tərkib hissəsi olaraq 2001-ci il 7 oktyabr tarixində Əfqanıstanı işğal etdilər. İşğalçılar Talibanı hakimiyyətdən devirdilər, ancaq 12 ildən sonra ordu hələ də ölkədə təhlükəsizliyi bərpa edə bilməyib.
Source : Islamtimes
Comment