QR CodeQR Code

Səudiyyə şahzadəsi: ABŞ və Britaniyanın Suriya müxalifətinə dəstəyi kifayət deyil

Islamtimes , 15 Dec 2013 13:33

İslamtimes - Səudiyyə şahzadəsi deyib ki, ABŞ və Britaniya Suriyadakı müxalifət qruplara kifayət qədər dəstək vermədilər.

Şənbə günü Fransanın Monako şəhərində “Reuters” xəbər agentliyinə müsahibə verən Səduiyyə Ərəbistanın sabiq kəşfiyyat rəhbəri şahzadə Turki bin feysəl deyib: “acınacaqlı hal budur ki, münaqişə başlayan dövrdən etibarən və Əsədin cəzasızlığına qarşı Azad Suriya Ordusunun meydana gəldiyi vaxtdan etibarən Britaniya və ABŞ onların özünü müdafiə etməsi üçün irəli atılaraq lazımi təchizat və ləvazimatlar ilə təmin etmədilər. ”

Türki deyib: “Belə bir vəziyyət alınıb ki, bir tərəfdə tank və raketlər kimi güclü silah-sursata sahib olan Əsəd rejimi, digər tərəfdə isə Əsədin silahları qarşısında özlərini müdafiə etmək üçün çağırışlar edən müxalifət.”

O sözlərinə davam edərək deyib: “Mənə elə gəlir ki, Azad Suriya Ordusu bügün olması vacib olan məqamda olmamasının səbəbi məhz beynəlxalq dəstəyin çatışmazlığıdır. Döyüş davam edcək və qətillər də davam edəcək.”

O qeyd edərək bildirib: “Mənə görə bu münqaişənin uğrulu sona çatması məhz Əsəd rejiminin devrilməsi ilə ola bilər. Çünki baş verən bütün hadisələr Əsəd rejiminə görədir.”

Əl Qaidə terror şəbəkəsinə bağlı üsyançı qruplardan biri Amerika tərəfindən təchiz edilən silah-sursat anbarını ələ keçirdikdən sonra cümə axşamı günü ABŞ və Britaniya üsyançılara yardım edilməsini təxirə saldılar.

Ancaq Amerika rəsmiləri deyib ki, yardımın dayandırılması müvəqqətidir və ABŞ dövlət departmaneti tərəfindən dayandırılan yardım yenidən davam edəcək.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər. Məlumat və faktlara əsasən qərb dövlətləri və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə ölkə daxilində Bəşər Əsəd hakimiyyətinə qarşı döyüşən üsyançıları dəstəkləyirlər.

BMT-nin verdiyi məlumata əsasən münaqişə zamanı Suriyada 100 mindən çox insan həlak olmuş və milyonlarla insan isə evindən didərgin düşmüşdür.

Story Code: 330791

News Link :
https://www.islamtimes.org/az/news/330791/səudiyyə-şahzadəsi-abş-və-britaniyanın-suriya-müxalifətinə-dəstəyi-kifayət-deyil

Islam Times
  https://www.islamtimes.org