0
Sunday 15 December 2013 - 14:58

İran Britaniya casusunu həbs edib

Story Code : 330835
İran Britaniya casusunu həbs edib
İran Britaniya casusunu həbs edib
Kerman əyalətinin İnqilabi Məhkəməsinin sədri Daxhoda Salari deyib: “Casus aylar sonra mürəkkəb kəşfiyyat xarakterli əməliyyat nəticəsində aşkar edilərək həbs edildi.”

Salari deyib: “Casus həm İranın daxilində, həm də xaricində 11 dəfə Britaniyanın gizli kəşfiyyat xidməti MI6 ilə əlaqə qurmuş və onlara bir sıra məlumatlar ötürmüşdür.”

Salari qeyd edərək bildirib ki, casus həmçinin MI6-dan İranın maraqlarına qarşı fəaliyyət göstəmək üçün məsləhətlər də alıb.

Məhkəmə rəsmisi deyib ki, casus Britaniya xüsusi xidmət agentlikləri ilə əlaqə qrumuş və ondan lazım olan kəşfiyyat məlumatları toplamaq tələb edilmişdir.

Salari deyib ki, işi məhkəmədə olan cəsus günahkar olduğunu etiraf edib.
1953-cü ildə Britaniyanın gizli xidmət orqanı MI6 və ABŞ-ın kəşiyyat ximəti MKİ qəddar və zalım Məhəmməd Rza Pəhləvi rejimini yenidən bərpa etmək və dəstəkləmək məqsədi ilə İran baş naziri Muhəmməd Musəddiqi aradan götürmək üçün təxribat həyata keçirdilər.

MKİ 60 ildən sonra ilk dəfə olaraq Britaniya və Amerikanın Musəddiq administrasiyasının devrilməsində Vaşinqtonun rolunu təsdiq edən sənədlər dərc etdi.
Source : Islamtimes
Comment