0
Sunday 15 December 2013 - 19:54

Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan silahlar

Story Code : 330905
Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan silahlar
Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan silahlar
Dekabrın 11-də Sumqayıtda ektremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin yaydığı xəbərə görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə maddi sübutlar götürülmüş, bu ağır cinayətin iştirakçısı olan 7 nəfər saxlanılıb.

Aparılan araşdırmalarla bu ağır cinayət zamanı qumbaranın şəhər sakini Elşən Musayev tərəfindən atılması müəyyən edilmiş, onun evindən 1 avtomat silah, 32 ədəd patron və 2 patron darağı, hadisənin digər iştirakçıları – Zaur Paşayevin və Murad Məhərrəmovun yaşadıqları mənzillərdən 2 qumbara, 3 ov tüfəngi, 99 patron, qanunla qadağan olunmuş 58 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və xeyli sayda disklər aşkar edilib.

Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin davamı olaraq, çinayətdə şübhəli bilinən daha üç nəfər – Sumqayıt şəhər sakinləri Elçin Mirzəyev, Tehruz Soltanov və Elman Məmmədli tutulub.

Onların yaşadıqları evlərə baxış zamanı isə “Revolver” markalı tapança, 1 süngü-bıçaq, 2 ov tüfəngi, 139 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, 1 əleyhqaz, qanunla qadağan olunmuş 100-dən çox dini ədəbiyyat və disklər götürülüb.
Source : Hafta.az
Comment