0
Monday 16 December 2013 - 10:28

İran Avropaya böyük qaz xətti inşa etməyi planlaşdırır

Story Code : 331041
İran Avropaya böyük qaz xətti inşa etməyi planlaşdırır
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin təbii ehtiyatlar və enerji naziri Taner Yıldız deyib.
 
Onun sözlərinə görə, Avropanın 5 ölkəsi İrandan “mavi yanacaq” almaq istəyir: “Avropadakı tələbat ölkələrin tələblərindən daha çoxdur. Türkiyənin belə bir təbii qaz boru xəttinə verdiyi icazə müzakirə edilir. Əgər tələb varsa, geri qalan hər şey ikinci plandadır. Türkiyə burada doğru mövqe nümayiş etdirmək vəziyyətindədir”.

T. Yıldız deyib ki, Avropanın 500-525 milyard kubmetr civarındakı təbii qaz tələbatının 2035-ci ildə təxminən 700 milyard kubmetrə çatacağı ehtimal olunur: “Sistem boşluğu bağışlamaz. Bu mütləq bir yerdən qarşılanacaq. Enerji sektoru sülh səbəbi olmalıdır. Türkiyə bütün ölkələrlə enerji bağlarını gücləndirməyə cəhd göstərir. Ona görə də Türkiyə Şimali İraq da daxil olmaqla bütün bölgələrdəki layihələrin heç birinə biganə qalmayacaq. Biz özəl sektora yatırılan investisiyaları dəstəkləyirik”.
Comment