QR CodeQR Code

Davudoğlu: “Ermənistanla bir araya gəlməyimiz cinayət deyil”

16 Dec 2013 11:11

IslamTimes - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bunu Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.


“Ermənistanla bir araya gəlməyimiz cinayət deyil”. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 2014-cü ilin büdcə layihəsini müzakirə edərkən Türkiyə Böyük Millət Məclisində deyib.
Xarici işlər nazirinin sözlərinə görə, yalnız 2013-cü ilin deyil, son on illərin siyasi dəyişim proseslərinə baxıldıqda beynəlxalq aləmdə köklü dəyişiklər getdiyini müşahidə etmək olar. Bu köklü dəyişikliyin gətirdiyi yeni meydan oxumaları anlamadan Türkiyə xarici siyasətinin yeni paradiqmasını anlamaq mümkün deyil.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri dekabrın 12-də Ermənistana səfər edib.


Story Code: 331053

News Link :
https://www.islamtimes.org/az/news/331053/davudoğlu-ermənistanla-bir-araya-gəlməyimiz-cinayət-deyil

Islam Times
  https://www.islamtimes.org