QR CodeQR Code

İsrail bəndləri açdı, Qəzza sular altında qaldı

16 Dec 2013 19:24

IslamTimes - İsrail rejimi su anbarlarının bəndlərini açaraq Qəzzanı sel sularına qərq edib.


İslamazeri.az-ın "Dunyabulteni"-nə istinadən verdiyi xəbərə görə, işğalçı İsrail rejiminin sionist blokada təzyiqi ilə yanaşı ağır qış şərtlərilə də mücadilə edən Qəzza əhalisi daha bir bəlayla üz-üzə qalıb.
Bu dəfə işğalçı İsrail rejimi su anbarlarının bəndlərini açaraq Qəzzanı sel sularına qərq edib.
Fələstin Fövqaladə Hallar Komitəsindən verilən açıqlamada, bir çox evlərin sular altında qaldığı bildirilib. 
İsrail rejimi bu addımıyla blokadada saxladığı, enerji böhranından əziyyət çəkən fələstinlilərə növbəti zərbəsini vuraraq onları köçməyə məcbur etmək və boşalmış ərazilərdə yeni yəhudi yaşayış məntəqələri tikmək niyyətindədir.


Story Code: 331064

News Link :
https://www.islamtimes.org/az/news/331064/israil-bəndləri-açdı-qəzza-sular-altında-qaldı

Islam Times
  https://www.islamtimes.org