0
Tuesday 17 December 2013 - 12:33

İran və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışığı olub

Story Code : 331432
İran və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışığı olub
APA-nın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb. Tərəflər arasında telefon danışığı ötən həftə reallaşsa da, bununla bağlı məlumat indi açıqlanıb.
 
Xəbərdə bildirilir ki, görüşdə əsas müzakirə mövzusu noyabrın 24-də İranla “altılıq” ölkələri arasında nüvə məsələsi ilə bağlı Cenevrədə əldə olunmuş razılaşmanın qüvvəyə minməsi olub. Eyni zamanda İran xarici işlər naziri ABŞ Maliyyə Nazirliyinin ötən həftə ölkəsinə qarşı sanksiyaları pozduqlarına görə bəzi fiziki və hüquqi şəxslərin adlarını “qara siyahı”ya salmasından narahatlığını ifadə edib. ABŞ dövlət katibi isə Cenevrə razılaşmasına sadiq qaldıqlarını və İranla hərtərəfli anlaşmanın əldə olunmasının tərəfdarı olduqlarını vurğulayıb. M.C.Zərif də İranın belə bir razılaşmanı dəstəklədiyini bildirib.

Qeyd edək ki, ötən həftə bununla bağlı M.C.Zəriflə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında telefon danışığı olub.
Comment