QR CodeQR Code

İran daha bir sualtı gəmini HDQ-nin istifadəsinə verəcək

3 Aug 2010 16:57

IslamTimes – İranın Silahlı Qüvvələr komandiri Ətaullah Salehi bu gün Bəndər Abbas şəhərinə səfəri zamanı deyib:


“Səfərdən əsas məqsədim sualtı və suüstü gəmilərin əsaslı təmir və istehsal xətti ilə yaxından tanış olmaq və eləcə də yaxın 10 gün ərzində Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək sualtı gəminin istehsal prosesini izləməkdir.” Bu barədə İSNA xəbər agentliyi məlumat verir.
"İran Hərbi Dəniz Qüvvələri (HDQ) hazırda İranın daxili istehsalı olan "Əl-Qədir", "Nuh", "Yunis" və "Tariq" sualtı gəmilərindən istifadə edir.
Salehi İrana qarşı tətbiq olunmuş sanksiyalarla gəmilərin yoxlanılması məsələsinə münasibət bildirib və deyib ki, İran üçün gəmilərin yoxlanılması qəbuledilməzdir. "İran üçün Somali dəniz quldurları ilə ABŞ dəniz quldurları arasında heç bir fərq yoxdur", - deyə Salehi deyib. /Trend/


Story Code: 33152

News Link :
https://www.islamtimes.org/az/news/33152/iran-daha-bir-sualtı-gəmini-hdq-nin-istifadəsinə-verəcək

Islam Times
  https://www.islamtimes.org