QR CodeQR Code

P. G. Mun Cenevrə razılaşmasını 2013-cü ilin ən mühüm hadisələrindən adlandırıb

17 Dec 2013 20:37

IslamTimes - BMT baş katibi İranla 5+1 arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmanı 2013-cü ilin ən mühüm hadisələrindən biri adlandırıb.


APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Pan Gi Mun tərəflər arasındakı ilkin nüvə razılaşmasının beynəlxalq narahatlıqları tamamilə aradan qaldıracaq yekun anlaşma ilə nəticələnməsini təmənna edib.
BMT baş katibi həmçinin deyib ki, İranı mövcud narahatlıqların aradan qaldırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) yaxından əməkdaşlığı davam etdirməyə təşviq edəcəklər. 
Eyni zamanda P.G.Mun İranın hazırkı siyasətini davam etdirməsini arzuladıqlarını söyləyib: “Bu mövzudakı dəstəklərimizi də davam etdirəcəyik. Çünki bunlar dünya ictimaiyyətinin faydasına olacaq”.
BMT baş katibi Cenevrə razılaşmasından doğan müsbət və konstruktiv atmosferin 2014-cü ildə də davam etməsini diləyib, İranın dünya ictimaiyyəti ilə qarşılıqlı anlaşma və əməkdaşlıq içərisində olmasını təqdir edib.


Story Code: 331590

News Link :
https://www.islamtimes.org/az/news/331590/p-g-mun-cenevrə-razılaşmasını-2013-cü-ilin-ən-mühüm-hadisələrindən-adlandırıb

Islam Times
  https://www.islamtimes.org