QR CodeQR Code

AB İrana qarşı tətbiq etdiyi bəzi sanksiyaları ləğv etmək üçün şərtini açıqlayıb

17 Dec 2013 21:06

IslamTimes - Avropa Birliyinə (AB) üzv ölkələrin 28 xarici işlər naziri dekabrın 16-da Brüsseldə bir araya gəliblər.


APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, yığıncaq Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun təklifi əsasında keçirilib. Toplantıda bu il noyabrın 24-də İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq sanksiyaların bir hissəsinin aradan qaldırılması məsələsi əsas müzakirə mövzusu olub. AB xarici işlər nazirləri Cenevrə razılaşmasını dəstəkləyiblər və onun dərhal həyata keçirilməsinə çağırıblar.
 
Avropa Birliyi Şurasının toplantının yekunu olaraq yaydığı bəyanatda bildirilir: “Şura Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin rəhbərliyi altında İranla “altılıq” ölkələri arasında aparılmış nüvə müzakirələrində əldə olunmuş son uğuru alqışlayır. AB tərəflər arasında noyabrın 24-də əldə olunmuş birgə fəaliyyət planı haqqında nüvə razılaşmasını təsdiqləyib. Bu anlaşma etimad mühiti yaratmaq və qarşıdurmaları azaltmaq üçün bütün tərəflərin öhdəlik daşımasının nişanəsidir. Eyni zamanda Cenevrə razılaşması İran nüvə fəaliyyətləri ilə bağlı uzun müddətdir gözlənilən narahatlığın bir yolluq həlli istiqamətində diplomatik səylərin davam etdirilməsinə şərait yaradır. Biz nüvə razılaşmasının müddəalarının təcili surətdə icrasını tələb edərək, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təsdiqindən sonra sanksiyaları dayandıracağıq. İndi bütün tərəflərin addımları könüllü şəkildə atması əsas məsələdir. İran da yaxşı niyyətlə üzərinə düşən öhdəlikləri icra etməlidir. Şura da öz növbəsində zəruri addımların atılması üçün öhdəliklərinə sadiqdir. Avropa Birliyi nəzərdə tutulmuş sanksiyalarını yalnız AEBA-nın İranın öz nüvə fəaliyyətləri ilə bağlı razılaşmanı icra etməsini təsdiqləyəndən sonra qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin tövsiyəsinə uyğun olaraq dayandırılacaq”.


Story Code: 331598

News Link :
https://www.islamtimes.org/az/news/331598/ab-irana-qarşı-tətbiq-etdiyi-bəzi-sanksiyaları-ləğv-etmək-üçün-şərtini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org