0
Wednesday 18 December 2013 - 00:48

BMT: Türkiyə Suriyaya tonlarla silah-sursat göndərib

Story Code : 331666
BMT: Türkiyə Suriyaya tonlarla silah-sursat göndərib
BMT: Türkiyə Suriyaya tonlarla silah-sursat göndərib
BMT Ərzaq Ticarət Statistikasının rəqəmlərinə əsasən Türkiyə təkcə sentyabr ayında Suriyaya 29 tona yaxın tüfəng və tapançalar da daxil olmaqla müxtəlif növ silah-sursat göndərib.

Türkiyə xarici işlər nazirliyinin sözçüsü Levent Gumrukçu bu statistikanı təkzib etmiş, ancaq daha sonra təsdiq edərək bildirmişdir ki, BMT-nin açıqladığı rəqəmlər Türkiyə Statistik İnistiutunun verdiyi əvvəlki rəqəmlərə dayanır.

Noyabr ayında Türkiyə təhlükəsizlik qüvvələri Suriya sərhəddi yaxınlığında Adana əyalətində min raket başlığı daşıyan yük avtomobilini aşkar edərək müsadirə etmişdir.

Həmin vaxt Adana əyalətinin hakimi iddia edərək bildirmişdir ki, bu əməliyyat təsdiq edir ki, Türkiyə Suriyadakı radikal qrupları dəstəkləmir.

Həmçinin noyabr ayında Türkiyə rəsmiləri ölkənin Suriya ilə sərhəddində böyük miqdarda kimyəvi məmulatlar aşkar edərək müsadirə etmişdilər və demişdilər ki, bu kimyəvi məlumatlardan silah düzəldilə bilər.

Türkiyə ordusu bəyanat yayaraq deyib ki, üç maşından ibarət olan maşın karvanı Reyhanlı yaxınlığında yerləşən sərhəd ərazisindən kimyəvi məlumatlar keçirməyə cəhd etmişdilər.

BMT-nin verdiyi məlumata əsasən Suriyada təxminən üç ilə yaxın bir müddətdə davam edən münaqişə zamanı 100 mindən çox insan həlak olmuş və milyonlarla insan isə öz evindən didərgin düşmüşdür.
Source : Islamtimes
Comment