QR CodeQR Code

Siyasi analitik: İran müstəqil iqtisadiyyata sahib olması səbəbindən təziqlərə məruz qalır

Islamtimes , 18 Dec 2013 23:26

İslamtimes - İran İsrail sionist lobbisinin idarəçiliyi altında olan bank sistemindən azad şəkildə fəaliyyət göstərir.


Press TV-yə müsahibə verən siyasi analitik deyib ki, ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməsinin səbəbi İslam Respublikasının iqtisadi müstəqilliyə sahib olmasıdır.

Siyasi analitik olan Skot Rikard deyib: “ABŞ-dakı siyasətçilərin əksəriyyəti İran kimi ölkələrə bütün növ sanksiyalar tətbiq etməyə davam edəcəklər, çünki İran İsrail sionist lobbisinin idarəçiliyi altında olan bank sistemindən azad şəkildə fəaliyyət göstərir.”

O əlavə edərək deyib ki, ABŞ hökuməti İsrail lobbisinin təsiri altındadır və Sionist İsrail rejiminin kuklası olan MkKeyn və digər şəxslər kimi senatorlar ABŞ-da daha çox təhdidlər edirlər.

Rikard deyib: “Bu şəxslər İsrail naminə xidmət göstərirlər və onlar həqiqətdə İsrail lobbisinin danışan dilləridir.”

Cümə axşamı günü ABŞ maliyyə nazirliyi bir sıra şirkət və şəxslərə İran nüvə enerji proqramına verdikləri dəstək səbəbindən yeni sanksiyalar tətbiq etdiyini elan edib.

İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Çin, Rusiya, Fransa, Britaniya və üstəgəl Almaniya arasında əldə edilmiş nüvə razılaşmasına baxmayaraq ABŞ yeni sanksiyaları tətbiq etdi.

Bu müqavilənin Qərb ilə İran arasında on illiklərdən bəri mövcud olan İslam Respublikasının nüvə enerji proqramı üzərindəki mübahisəyə son qoyması gözlənilir.

Rikard əlavə edərək deyib ki, ABŞ-ın İrana qarşı mövqeyi ondan ibarətdir ki, ABŞ digər dövlətləri özündən asılı vəziyyətə salaraq onların müstəqil şəkildə deyil, məhz Qərb və ABŞ-dan asılı olaraq siyasət yeritməsini istəyir.


Story Code: 331998

News Link :
https://www.islamtimes.org/az/news/331998/siyasi-analitik-iran-müstəqil-iqtisadiyyata-sahib-olması-səbəbindən-təziqlərə-məruz-qalır

Islam Times
  https://www.islamtimes.org