0
Thursday 19 December 2013 - 00:08

Səudiyyə Ərəbistanı: Qərb olsa da, olmasa da Suriya və İrana qarşı tədbir görəcəyik

Story Code : 332020
Səudiyyə Ərəbistanı: Qərb olsa da, olmasa da Suriya və İrana qarşı tədbir görəcəyik
Səudiyyə Ərəbistanı: Qərb olsa da, olmasa da Suriya və İrana qarşı tədbir görəcəyik
Bu açıqlamanı Səudiyyə Ərəbistanın baş diplomatı şahzadə Muhəmməd bin Navaf bin Abduləziz edib. O deyib: “Biz fikirləşirik ki, Qərbin həm Suriya, həm də İran siyasəti Yaxın Şərqin stabilliyini və təhlükəsizliyini risk altına qoyur.”

Səudiyyəli şahzadə Nyu York Times qəzetinə şərh yazaraq deyib: “Bu çox təhlükəli bir işdir və biz bu iş qarşısında sakit qala bilmərik.”

Bu cür qısqanclıqdan irəli gələn xəbərdarlıq ABŞ və Qərb diplomatlarının Suriya və İrana qarşılıq yürütdüyü siyasətə yönəlik Səudiyyə diplomatlarının etdiyi açıqlamalardan sonuncusudur.

Qərb İran və Suriyaya qarşı siyasəti dəyişənə qədər çox nadir hallarda Səudiyyə liderləri on illərdən bəri müttəfiqləri olan Qərbi tənqid edərdilər.
Əksinə bu hadisəyə qədər Səudiyyə Ərəbistanı daim Qərbə hər cür dəstək verərdi.

Səudiyyə rəsmisi deyib: “Qərb bir rejimə sağ qalmağı, digərinə isə uranı zənginləşdirmə proqramını davam etdirməyə icazə verdi.”

O deyib ki, İran ilə diplomatik danışıqlar ola bilər ki, Qərbin Dəməşq və İrana qarşı atmalı olduğu addımların qarşısını alsın.

“Bu cür rejimlərə dəstək verməklə həqiqətdə sülhə qarşı iş görmüş olurlar.”
Şahzadə əlavə edərək deyib ki, bunun nəticəsi olaraq Səudiyyə Ərəbistanın beynəlxalq işlərdə dava fəal olmasından başqa çıxış yolu yoxdur.

O Körfəz dövlətinin qlobal öhdəçiliyi – həm siyasi, həm də iqtisadi öhdəçiliyi olduğunu demiş və bildirmişdir ki, biz bu öhdəçiliyi yerinə yetirmək üçün Qərb olsa da, olmasa da əlimizdən gələni edəcəyik.
Source : Islamtimes
Comment