0
Thursday 19 December 2013 - 00:34

Rusiya: ABŞ siyasəti terrorizm ilə mübarizədə başlıca maneədir

Story Code : 332030
Rusiya: ABŞ siyasəti terrorizm ilə mübarizədə başlıca maneədir
Rusiya: ABŞ siyasəti terrorizm ilə mübarizədə başlıca maneədir
Rusiya xarici işlər nazirliyinin baş diploamtı deyib ki, ABŞ hökuməti Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən xaricdən dəstək alan üsyançıları pis və bir az pis qruplarına bölüb.

Nazirlik rəsmisi deyib: “İkili standartlar həmçinin Şimali Qafqazda fəaliyyət göstərən silahlı terrorist qruplara da təsir göstərir.”

Bu açıqlama ABŞ dövlət katibi Con Kerrinin çərşənbə axşamı günü ABŞ rəsmilərinin Suriya hökumətinə qarşı döyüşən əl Qaidə terror şəbəkəsinə bağlı olan İslami cəbhə üzvləri ilə görüşə biləcəyini elan etdikdən sonra edildi.

Fillipinə səfəri zamanı təşkil edilən mətbuat konfransında çıxış edən Kerri deyib: “ABŞ hələ bugünə qədər İslami Cəbhə ilə görüşməyib. Və həmçinin heç bir müzakirlərə olmayıb. Ancaq mümkündür ki, bu hadisə baş tutsun.”

Səudiyyə Ərəbistanın dəstəklədiyi bu ekstremist qrup noyabr ayının əvvəllərində Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən altı əsas ekstremist sələfi qruplarının birləşməsi nəticəsində meydana gəldi.

Keçən həftə İslami Cəbhə adlanan bu qrupun döyüşçüləri sərhəd ərazisi olan Atmehdə yerləşən və özlərini Azad Suriya Ordusu adlandıran Suriya müxalifətinin idarəçiliyi altında olan əsas anbarı ələ keçiriblər. Anbarda külli miqdarda silah-sursat və digər ləvazimatlar mövcud idi.

Onlar həmçinin Türkiyə ilə sərhəddə yerləşən Bab əl Havanın da idarəçilyini öz əllərinə götürüblər.

Anbarın ələ keçirilməsi ABŞ və Britaniyanın şimali Suriyada mövcud olan üsyançılara dəstəyini ksəməsinə səbəb oldu.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizliki qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər. Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqi olan Qətər, Səduiyyə Ərəbistanı və Türkiyə Suriyada mövcud olan üsyançılara dəstək verirlər.
Source : Islamtimes
Comment